EvCəmiyyət"Bakı Metropoliteni"nde ixtisarlar başlayıb

“Bakı Metropoliteni”nde ixtisarlar başlayıb

Son məlumatlara görə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində işçi heyətinin sayı azaldılır. Depo və qatarların yuyulması sahəsində fəaliyyət göstərən işçilərdən öz ərizələri ilə işdən çıxdıqları tələb olunur. Mənbələr bildirir ki, yay aylarında iş saatının 12-dən 8-ə endirilməsi və sonrasında ixtisarların planlaşdırılması barədə məlumatlar yayılmışdı. Əsasən 50 yaşdan yuxarı əməkdaşlar işdən azad edilir. İxtisarların dekabrın 4-dən başlaması gözlənilir, lakin qurumdan rəsmi açıqlama hələ verilməyib.

2024-cü ilin yanvar-sentyabr aylarında metro işçilərinin ortalama aylıq maaşı 1241,5 manat olub ki, bu rəqəm 2023-cü ilin eyni dövrünə nisbətən 8,5% çoxdur. Keçən ilin əvvəllərində isə “Bakı Metropoliteni” rəhbərliyinin əməkhaqqı artımını həyata keçirməməsi ilə bağlı işçilər ciddi narazılığını bildirmişdi.

Metroda gediş haqqı 60 qəpik səviyyəsindədir. Yanvar-oktyabr aylarında 184,5 milyon sərnişin bu nəqliyyat vasitəsindən istifadə etmişdir. Bakı Metropoliteni uzun illər ərzində sərnişindaşımada yaranan zərəri dövlət büdcəsindən ayrılan vəsaitlə qarşılamaqdadır. 2026-cı ilin büdcəsində quruma 40 milyon manat subsidiya ayrılması nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 44,6% çoxdur. 2024-cü ildə isə bu göstərici 27,7 milyon manat olub ki, bu da 2023-cü ilin müvafiq göstəricisindən 44,7% azdır.

Bakı Metropoliteni QSC-nin açıqlamalarına əsasən, sərnişindaşıma xidmətinin qiymət artımı sonrası qurumun gəlirləri artıb. Belə ki, 2024-cü ildə gəlir 100,44 milyon manat təşkil edib və həmin il sərnişin sayı 229,58 milyon olub. İllik sərnişin sayında 4,6% artım müşahidə edilib. Maraqlıdır ki, 2021-ci ildən bəri Bakı Metropoliteni rəsmi saytında illik audit hesabatları paylaşmır. 1 yanvar 2022-ci il tarixinə dövlət şirkətinin balansında 565 milyon manatlıq yığılan zərər qeydə alınıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər