Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərinə süni intellekt əsaslı səsli köməkçi xidmətini təqdim edib. AI-khan və AI-nur adlı virtual assistentlər bank xidmətləri barədə sual-cavab, əməliyyat icrası və digər məsələlərdə dərhal dəstək göstərəcək.
Hazırda beta test mərhələsində olan xidmət ABB mobil tətbiqində qeydiyyatdan keçmiş 10 min istifadəçiyə açıqdır. İlk funksiya telefon nömrəsi ilə pul köçürməsidir – istifadəçi nömrə sahibinin ad-soyadını səsləndirir, sistem yadda saxlanmış məlumatlar əsasında əməliyyatı yerinə yetirir. Təhlükəsizlik yüksək səviyyədə təmin olunur.
Xidmət bank əməliyyatlarını sürətli və intuitiv edir. İlk mərhələdə pul köçürmə və informasiya sorğularına fokuslansa da, tezliklə yeni funksiyalar əlavə olunacaq. ABB-nin süni intellekt təcrübəsi müştəri rəyləri əsasında inkişaf etdiriləcək. Əlavə məlumat filiallar, abb-bank.az, 937 call-center və sosial şəbəkələrdən əldə oluna bilər.





