EvİqtisadiyyatAZAL-dan sərnişinlərə yeni rəqəmsal sığorta xidməti: uçuş cədvəli dəyişikliklərinə qarşı qorunma imkanı

AZAL-dan sərnişinlərə yeni rəqəmsal sığorta xidməti: uçuş cədvəli dəyişikliklərinə qarşı qorunma imkanı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlər üçün uçuş cədvəlində gözlənilməz dəyişikliklərə qarşı öncədən qorunmaq məqsədilə DAFAR (“Disruption Assistance For Any Reason”) adlı yeni rəqəmsal sığorta xidmətini istifadəyə verib. Bu innovativ xidmət uçuş gecikməsi və ya ləğvi hallarında sərnişinlərə operativ yardım göstərir.

Xidmət AZAL-ın rəsmi saytında və mobil tətbiqində bilet bronlama mərhələsində əlavə seçim kimi təqdim olunur. DAFAR qlobal səyahət texnologiyaları platforması HTS (“Hopper Technology Solutions”) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və ödənişlidir. Qiymət marşrutdan asılı olaraq dəyişir. Xidmət aktivləşdikdə sistem uçuşların statusunu avtomatik izləyir və 2 saatdan çox gecikmə və ya həmin gün ləğv olunma zamanı sərnişinlərə xəbərdarlıq edilir.

Sərnişinlər aşağıdakı seçimlərdən faydalana bilərlər:

  • Müəyyən limitdə əlavə ödənişsiz başqa hər hansı aviaşirkətin reysinə biletin dəyişdirilməsi;
  • Biletin tam pulunun geri qaytarılması və ilkin bilet əsasında səyahətin davam etdirilməsi.

AZAL-ın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib ki, bu xidmət müştəri məmnuniyyətini artırmağa və sərnişinlərə daha rahat və çevik xidmət göstərilməsinə yönəlib. HTS şirkətinin prezidenti Dakota Smit də əməkdaşlığa görə qürur duyduğunu və bu həllərin səyahətçilərə əlavə dəyər qatdığını vurğulayıb.

Qeyd edək ki, HTS yüksək səviyyəli məlumat analitikası və süni intellekt texnologiyalarından istifadə edərək, fərqli səyahətçilərin ehtiyaclarına uyğun fintex həlləri təqdim edən beynəlxalq səyahət texnologiyaları platformasıdır. Şirkət dünya üzrə böyük banklar, aviaşirkətlər və turizm xidmət təminatçıları ilə əməkdaşlıq edir, qiymət dəyişiklikləri və səfər zamanı yaranan çətinliklərə qarşı geniş çeşiddə məhsullar təklif edir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər