9 C
Baku
Çərşənbə, Dekabr 25, 2024
EvSiyasətAzərbaycan Prezidenti: Ermənistanla sülh müqaviləsi ilə bağlı prosesi irəli aparmaq üçün qəti...

Azərbaycan Prezidenti: Ermənistanla sülh müqaviləsi ilə bağlı prosesi irəli aparmaq üçün qəti addımlar atmağa davam edəcəyik

Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarı Azərbaycandır.

Daylinews-az.com-nın verdiyi məlumata görə, bu sözləri Prezident İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan regional sülh gündəliyini dəstəkləyir və bu istiqamətdə ciddi işlər görür. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin mətni ilə bağlı son təkliflərini 70 gün sonra göndərməsi bu ölkənin prosesə səmimi yanaşması ilə bağlı bəzi suallar doğurur. Eyni zamanda, Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı irəli sürdüyü ərazi iddialarının sülh müqaviləsinin imzalanması prosesinə əsas maneələrdən biri olduğunu vurğulayan Prezident İlham Əliyev, ölkəmizin sülh prosesinin irəliləməsi üçün qəti addımlarını davam etdirəcəyini bir daha bəyan edib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər