Dövlət İmtahan Mərkəzi (DİM) 5, 12 və 26 apreldə IX siniflər üçün buraxılış imtahanlarının şəhər və rayon cədvəlini elan edib.
İmtahan günləri və yerlər
- 5 aprel:
Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Pirallahı, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (Kəngərli, Xıdırlı), Ağcabədi, Şuşa, Xankəndi (4 nömrəli məktəb, Kərkicahan), Kəlbəcər (1 nömrəli), Xocalı (1 nömrəli, Ballıca), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Şabran. - 12 aprel:
Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy 1 nömrəli), Zəngilan (Ağalı), Cəbrayıl (M.Mehdizadə), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə), ingilis təhsili məktəbləri. - 26 aprel:
Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Nəsimi, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan), Laçın (2 nömrəli, Zabux, Sus), Bakı xüsusi məktəbləri (internat, cəza məktəbləri), gürcü bölməsi.
Əlavə qeydlər
Məcburi köçkün rayon məktəbləri yerləşdiyi şəhər/ravon gününə uyğun imtahan verəcək. Sabunçu, Xəzər, Sumqayıt, Abşeron, Gəncə, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz, Quba məktəbləri intensivliyi azaltmaq üçün iki günə bölünüb (I/II hissə).
Buraxılış vərəqələri imtahandan 5 gün əvvəl DİM saytında yerləşdiriləcək.





