Bu gün Azərbaycan idmançıları Bəhreyndə keçirilən Gimnaziada çərçivəsində çıxışlarına start verirlər.
Daylinews-az.com xəbər verir ki, ilk yarış günündə Azərbaycanın cüdoçuları, aerobika təmsilçiləri, şahmatçılar, boksçular, paracüdoçular, üzgüçülər, paraüzgüçülər və stolüstü tennis ustaları mübarizəyə qoşulacaqlar.
Turnirdə Azərbaycan 18 yaşadək 160 idmançı ilə təmsil olunur. Millimiz Bəhreyndə nümayəndə heyətinin sayına görə dördüncü, idmançı sayına görə isə beşinci yerdədir.
Qeyd edək ki, bu genişmiqyaslı idman tədbirində 71 ölkədən idmançılar iştirak edir.