COP29-a dair məlumatlılığı artırmaq məqsədilə Çağrı Mərkəzinin yaradılacağı açıqlanıb.
Daylinews-az.com-in report-a istinadən verdiyi xəbərə görə, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov jurnalistlərə məlumat verib. İlkin Cavadovun sözlərinə görə, çağrı mərkəzi noyabr ayında fəaliyyətə başlayacaq.
“Ziyarətçilər, qonaqlar və tədbir iştirakçıları ənənəvi zəng, çat, WhatsApp və Telegram vasitəsilə suallarını verərək tədbir haqqında ətraflı məlumat əldə edə biləcəklər,” – deyə o, qeyd edib.