Milli komandaların heyətində ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.
Daylinews-az.com xəbər verir ki, İFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) ən azı 70 qol vurmuş oyunçuları əhatə edən cədvəl hazırlayıb. İndiyədək 24 futbolçu bu nailiyyətə çatıb.
Dünya rekorduna 133 qolla Kriştiano Ronaldo sahibdir. Lionel Messi isə ondan 21 qol geri qalaraq, 112 qolla ikinci sıradadır.
Azərbaycan millisində isə ən çox qol vuran oyunçular 14 qolla Qurban Qurbanov və Emin Mahmudovdur.
Ən Çox Qol Vuran 24 Futbolçu Siyahısı
- Kriştiano Ronaldo (Portuqaliya) – 133
- Lionel Messi (Argentina) – 112
- Əli Daei (İran) – 109
- Sunil Çetri (Hindistan) – 94
- Moxtar Dahari (Malayziya) – 89
- Ali Mabut (BƏƏ) – 85
- Romelu Lukaku (Belçika) – 85
- Ferents Puşkaş (Macarıstan, İspaniya) – 84
- Robert Levandovski (Polşa) – 84
- Qodfri Çitalu (Zambiya) – 79
- Neymar (Braziliya) – 79
- Husseyn Said (İraq) – 78
- Pele (Braziliya) – 77
- Vivian Vudvard (İngiltərə) – 75
- Şandor Koçiş (Macarıstan) – 75
- Kunişiqe Kamamoto (Yaponiya) – 75
- Başar Abdullah (Küveyt) – 75
- Maced Abdullah (Səudiyyə Ərəbistanı) – 72
- Kinnah Firi (Malavi) – 71
- Kyatisuk Senamuanq (Tailand) – 71
- Miroslav Kloze (Almaniya) – 71
- Piyaponq Pue On (Tailand) – 70
- Abdul Kadir (İndoneziya) – 70
- Stern Con (Trinidad və Tobaqo) – 70