EvCəmiyyətAzərbaycan Pomidor İxracını Artırıb

Azərbaycan Pomidor İxracını Artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 139 milyon 600 min ABŞ dolları dəyərində pomidor ixrac edilib.

Daylinews-az.com məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr buraxılışında qeyd olunub.

Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,3% artım deməkdir.

Qeyd edək ki, Azərbaycan ötən il ümumilikdə 162 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər