9 C
Baku
Cümə axşamı, Dekabr 26, 2024
Evİdmanİdman bürcü - Astroloji PROQNOZ: 11-17 noyabr

İdman bürcü – Astroloji PROQNOZ: 11-17 noyabr

Əksər insanlar astroloji proqnozların onların taleyinə təsir etdiyini düşünür. Tarix boyunca məşhurlar da daxil olmaqla bir çoxları məhz mənsub olduqları bürcə uyğun şəkildə günə necə başlamağı planlayıblar. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da geniş maraq doğurur. Astroloqların fikrincə, bürclər müəyyən ipucları verir, nəticə çıxarmaq isə hər kəsin özünə bağlıdır.

Daylinews-az təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələri üçün bir növ istiqamət göstəricisi olacaq. Hətta peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və məşqə necə yanaşmaq barədə faydalı istiqamətlər əldə edə bilərsiniz.

Qoç
Bu həftə ərzində dünyagörüşünüz dəyişə bilər. Buna görə də dostlarınız və həmkarlarınızla daha çox ünsiyyət qurmalı, öz fikirlərinizi paylaşmalısınız. Yeni biliklər əldə etməyə hazırsınız və məlumatları mənimsəməyə meyllisiniz. Elmi fəaliyyətlə məşğul olmaq üçün əlverişli həftədir. Səfərləriniz uğurlu olacaq, lakin şübhəli marşrutlardan çəkinin. Cüdo, çövkən, avarçəkmə, güləş, atletika və atıcılıqla məşğul olanlar üçün şanslı həftədir.

Buğa
Həftə ərzində məqsədlərinizi aydın şəkildə formalaşdırmağa və onları həyata keçirməyə şərait yaranacaq. Lakin eqoist davranışlardan uzaq durmalısınız. Uğur üçün başqalarının ehtiyaclarını da nəzərə alın. Nüfuzlu insanlarla münaqişələrdən çəkinmək vacibdir. Bu həftə populyarlıq qazanmaq üçün əlverişli vaxtdır, lakin bunu maddi sərmayə ilə dəstəkləməlisiniz. Otüstü hokkey, voleybol, güləş, qaçış, üzgüçülük və atçılıqda uğurlar gözlənilir.

Əkizlər
Həftə ərzində dostlarla ünsiyyət Əkizlər üçün əhəmiyyət kəsb edəcək. Maraqlı və faydalı məlumatlar ala bilərsiniz, cari hadisələrdən xəbərdar olacaqsınız. Həmfikirləriniz arasında lider olmaq şansınız var. Lakin maliyyə fəaliyyəti uğurlu olmayacaq, məlumat mübadiləsi kommersiya xarakteri daşımamalıdır. Sambo, avarçəkmə, güləş və gimnastikayla məşğul olanları xoş xəbərlər gözləyir.

Xərçəng
Ulduzlar Xərçənglərə bu həftə daha az aktiv olmağı tövsiyə edir. Asudə vaxtınızı istirahətə ayırmaq üçün ideal dövrdür. Stressdən qaçın, sağlamlığınıza mənfi təsir edə bilər. Yalnız ailənizlə ünsiyyət rəvan keçəcək. Həftənin əvvəlində əlavə gəlir şansı var. Həndbol, güləş, atıcılıq, voleybol, futzal və basketbolda uğurlar gözlənilir.

Şir
Həftə boyunca diqqət mərkəzində olacaqsınız. İntellektual və yaradıcılıq qabiliyyətlərinizi göstərmək şansınız var. Sevdiyiniz şəxsə romantik anlar yaşada bilərsiniz. Yaxın qohumlarla münaqişələrdən qaçın, mühafizəkar yanaşmalarınızdan uzaq durun. Voleybol, hokkey, həndbol, basketbol və stolüstü tennis növlərində uğurlar sizi gözləyir.

Qız
Bu həftə maliyyə məsələlərini effektiv həll edə biləcəksiniz. Əmanətlərinizdən səmərəli istifadə etmək üçün yaxşı vaxtdır. Həftə ərzində xərclərinizi azaldaraq əlavə gəlir əldə etmək şansınız var. Güləş, minifutbol, futzal, basketbol və karate idman növlərində müvəffəqiyyətlər gözlənilir.

Tərəzi
Həftənin ilk yarısında risklərə açıq ola bilərsiniz. Bu, yaxın əlaqələrinizə yeni rəng qatacaq. Subay Tərəzilər üçün münasibət təklifləri müsbət nəticələnə bilər. Çətinliklərdən xilas olmaq üçün fürsətlər yaranacaq. Gündəlik məsələlərdə çox vaxt sərf etməyin. Cüdo, güləş, karate, üzgüçülük və futbolla məşğul olanlara uğur vəd edilir.

Əqrəb
Bu həftə Əqrəblər üçün ev problemlərini həll etmək üçün əlverişli dövrdür. Daşınmaz əmlak və kredit məsələlərində peşəkar dəstək almanız tövsiyə edilir. Həftənin ilk yarısında təmir işləri ilə məşğul ola bilərsiniz. Güləş, stolüstü tennis, cüdo, gimnastika və karate ilə məşğul olanlar müsbət dəyişikliklər yaşayacaq.

Oxatan
Oxatanlar üçün həftə daha romantik keçəcək. Şəxsi münasibətlərinizdə yeni addımlar atmaq üçün əlverişli vaxtdır. Sevgi macəraları və romantik təcrübələr sizi gözləyir. Tələsməyin, əlaqələrinizin keyfiyyətinə diqqət yetirin. Boks, futbol, şahmat, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar gözlənilir.

Oğlaq
İşdə uğurlar əldə etmə şansınız var. Ulduzlar sizə təcrübəniz olmayan işlərdən çəkinməyi tövsiyə edir. Həftənin ilk yarısında ən çətin məsələləri həll etməyə çalışın. Sağlamlığınıza diqqət yetirin, həkim ziyarətindən məmnun qalacaqsınız. Avarçəkmə, güləş, qaçış, qılıncoynatma, atıcılıq və velosiped idmanlarında uğurlar sizi gözləyir.

Dolça
Dolçalar şəxsi münasibətlərində yeni perspektivlər əldə edəcəklər. Partnyorunuzla ümumi maraqları araşdırmaq üçün əlverişli vaxtdır. Həftənin ikinci yarısında xəyallarınızın reallıqdan fərqli olduğunu görə bilərsiniz. Üzgüçülük, şahmat, güləş və karate idman növlərində uğurlar sizi gözləyir.

Balıqlar
Həftənin ilk yarısı cəsarətli qərarlar qəbul etmək üçün münasibdir. Tələsik qərarlardan çəkinin. Bütün müsbət və mənfi tərəfləri hesablayın. Ev işlərində diqqətli olmanız tövsiyə edilir. Tennis, sambo, voleybol, basketbol, həndbol və cüdo ilə məşğul olanlar üçün uğurlu həftə gözlənilir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər