BLAST Slam VII Dota 2 azarkeşlərini bir neçə sensasiya ilə sevindirdi. Bunlara favoritlərin erkən mərhələdə turnirlə vidalaşması, pley-off iştirakçılarından birinin dəyişdirilməsi və hətta komandalardan birinin dağılması da daxildir! 1xBet Azərbaycanın kiberidman bölməsi Kopenhagendə keçirilən turnirin ən maraqlı məqamlarını bu materialda bir araya gətirib.
Dəvətlər və təsnifat mərhələləri
Turnirə birbaşa dəvət alan səkkiz komanda bunlar idi – Team Liquid, BetBoom Team, Tundra Esports, Team Falcons, Team Spirit, Team Yandex, OG və HEROIC. Daha dörd vəsiqə isə təsnifat mərhələlərində sahibini tapdı.
İlk sensasiya BLAST Slam VI-nın gümüş medalçılarının Avropa təsnifat mərhələsində uğursuz çıxışı oldu – NAVI yalnız üçüncü yeri tutdu və regionu turnirdə PARIVISION ilə Aurora Gaming təmsil etmək hüququ qazandı. Çindən turnirə heyətində top kerri Wang “Ame” Chunyu olan Xtreme Gaming qatıldı, Cənub-Şərqi Asiyanı isə debütant GLYPH komandası təmsil etdi.
Qrup mərhələsi
Qrup mərhələsinin ən böyük uğursuzluğunu BLAST Slam seriyasının ən uğurlu komandası olan Tundra Esports yaşadı. Hesabında mümkün altı tituldan dördü olan kollektiv Kopenhagendə cəmi 3 qələbə və 8 məğlubiyyətlə çıxış etdi, Last Chance Qualifier mərhələsində məğlub oldu və turniri 9–10-cu yerlərdə başa vurdu.
Azarkeşlər komandadan tamamilə fərqli oyun gözləyirdilər, lakin cəmi bir neçə gün sonra uğursuz çıxışın səbəbləri aydın oldu. Tundra Esports təşkilatındakı problemlərlə bağlı şayiələr artıq uzun müddətdir dolaşırdı və iyunun 1-də Dota 2 heyəti rəsmi olaraq buraxıldı. Sevindirici məqam odur ki, oyunçular birlikdə çıxış etməyə davam edəcəklər. Onlar yeni 1w Team teqi altında mübarizə aparacaq və The International 2026 üçün əldə etdikləri birbaşa dəvəti qoruyub saxlayacaqlar.
LGD Gaming, PARIVISION və BetBoom Team komandaları xoş mənada təəccübləndirdilər və qrup mərhələsini inamla 8 qələbə, 3 məğlubiyyət göstəricisi ilə başa vurdular. Bir qədər zəif, lakin kifayət qədər layiqli çıxış edənlər isə Team Falcons və Team Yandex (hər ikisi 7-4), həmçinin Team Liquid (6-5), Aurora Gaming (6-5) və Team Spirit (5-6) oldu. Turnirin ən zəif komandası debütant GLYPH oldu – kollektiv cəmi 2 qələbə qazana bildi və 2-9 nəticəsi ilə sonuncu yeri tutdu. OG və Xtreme Gaming isə qrup mərhələsini Tundra Esports ilə eyni göstərici – 3 qələbə və 8 məğlubiyyətlə başa vurdu.
Komandaların yekun sıralanmasını Last Chance Qualifier müəyyənləşdirdi: Team Yandex Team Spirit-i, Aurora Gaming isə Team Liquid-i mübarizədən kənarlaşdırdı. Sonuncuların bəxti gətirdi – komanda buna baxmayaraq pley-off mərhələsinə yüksəldi və oyunçularının viza problemləri yaranan PARIVISION-un yerini tutdu. Lakin «Atlar» özlərinə verilən ikinci şansdan yenə də yararlana bilmədilər.
Pley-off
O qədər də inandırıcı olmayan qrup mərhələsindən sonra Team Yandex rəqiblərinin üzərindən sanki silindr kimi keçdi: Aurora Gaming üzərində 2:0, LGD Gaming üzərində 2:1, BetBoom Team üzərində 2:1 hesablı qələbələr qazandı və qrand finalda yenidən LGD Gaming-i 3:1 hesabı ilə məğlub etdi. Komanda PGL Wallachia Season 7-dən sonra ikinci böyük titulunu qazandı və kollektivin The International 2026-ya birbaşa dəvət almasını tənqid edənlərin səsini kəsdi.
Gümüş medallar və əzmkarlıq mükafatı LGD Gaming-ə qismət oldu. Komanda pley-offun ilk matçında gələcək çempionlara məğlub olsa da, aşağı setka ilə qrand finala qədər irəliləməyi bacardı. Bu yolda Team Liquid-i (2:0), Aurora Gaming-i (2:1) və BetBoom Team-i (2:1) məğlub etdi. Sonuncular turniri üçüncü yerdə başa vurdular və ardıcıl iki finalda eyni hesabla məğlub oldular – yuxarı setkanın finalında Team Yandex-ə uduzdular.
Dördüncü yeri tərəfdaşı 1xBet olan Aurora Gaming komandası tutdu. 1xBet haqqinda milyonlarla kiberidman azarkeşi məlumatlıdır – bu beynəlxalq brend bir sıra məşhur komandalar və ən böyük turnir operatorları ilə əməkdaşlıq edir.
BLAST Slam VII turnirinin yekun nəticələri aşağıdakı kimidir:
- 1-ci yer – Team Yandex
- 2-ci yer – LGD Gaming
- 3-cü yer – BetBoom Team
- 4-cü yer – Aurora Gaming
- 5–6-cı yerlər – Team Falcons, Team Liquid
- 7–8-ci yerlər – Team Spirit, PARIVISION
- 9–10-cu yerlər – OG, Tundra Esports
- 11–12-ci yerlər – Xtreme Gaming, GLYPH
BLAST Slam VII bir daha göstərdi ki, Dota 2-nin cari mövsümündə aşkar favorit yoxdur – yeddi böyük turnirdə beş fərqli komanda çempion olub. Şanxayda keçiriləcək The International 2026 dünya çempionatından əvvəlki son mühüm hadisə iyul ayında baş tutacaq Esports World Cup 2026 olacaq. Turnir ilk dəfə Ər-Riyaddan Parisə köçürüləcək. Bu kubokun sahibi digər iddiaçılar üzərində vacib psixoloji üstünlük qazanacaq, buna görə də rəqabətin son dərəcə gərgin və maraqlı keçəcəyi gözlənilir.





