EvŞou-biznesMüğənni Vəfa Şərifova Şəbnəm Tovuzlu ilə bağlı açıqlama verib

Müğənni Vəfa Şərifova Şəbnəm Tovuzlu ilə bağlı açıqlama verib

Müğənni Vəfa Şərifova Şəbnəm Tovuzlu ilə yaşadığı qalmaqalın yeni təfərrüatlarını bölüşüb. O, “Günə bax” proqramında qonaq olarkən bildirib ki, ona Şəbnəm Tovuzlu ilə eyni efirə çıxmaq üçün pul təklif olunub.

“10 min manat təklif edildi”

Vəfa Şərifovanın sözlərinə görə, bu təklifi aparıcı Zaur Nəbioğlu edib:

“Zaur mənə dedi ki, 10 min manat verirəm, Şəbnəmlə efirə çıx. Mən bu təklifi qəbul etmədim. Bu hadisə əvvəllər baş verib,” – deyə müğənni əlavə edib.

Şəbnəm Tovuzlunun mövqeyi

Şəbnəm Tovuzlu daha əvvəl “Rəngarəng” verilişinə zəng edərək açıqlama vermişdi:
“50 min, oğlum Əlinin canına 100 min də versəniz, onunla efirə çıxmaram.”

Vəfa Şərifova isə bu sözlərə cavab olaraq bildirib ki, belə münasibət məhz həmin hadisədən qaynaqlanır:

“Yəqin söhbət buradan başlayıb.”

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər