ABŞ-ın keçmiş konqresmeni Mett Gets Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı təklifi dəyərləndirərək, bu fikri sərt şəkildə tənqid edib.
Daylinews-az xəbər verir ki, Gets bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin müsahibəsini şərh edərək, NATO-ya üzvlüyün Ukraynada “isti fazanın” sona çatmasına gətirib çıxara biləcəyini qeyd etdiyi fikrə münasibət bildirib:
“Ukraynanın NATO-ya qəbul edilməsi dəhşətli bir fikir olardı”, – deyə Gets yazıb.