5 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvSiyasətFransa Baş Naziri istefa ərizəsi ilə müraciət edir

Fransa Baş Naziri istefa ərizəsi ilə müraciət edir

Fransanın baş naziri Mişel Barnye istefa ərizəsini ölkə prezidenti Emmanuel Makrona təqdim etmək üçün Yelisey sarayına gəlib.

BFMTV telekanalı onun Yelisey sarayına daxil olduğu anları yayımlayıb.

Barnyenin hökuməti Milli Assambleyanın ona etimadsızlıq qərarını qəbul etməsindən sonra istefa verir. Qərar baş nazirin 2025-ci il dövlət büdcəsinin sosial bölmələrini parlamentdən yan keçərək təsdiq etməsi səbəbilə qəbul olunub. Qərar üçün 331 deputat səs verib.

5 sentyabrda baş nazir təyin olunan və yalnız 90 gün vəzifədə qalan 73 yaşlı Mişel Barnyenin hökuməti Fransa tarixində ən qısa müddətli hökumət kimi tarixə düşüb.

Le Parisien qəzetinin məlumatına görə, müdafiə naziri Sebastyan Lekornu, Po şəhərinin meri Fransua Bayru və Trua şəhərinin meri Fransua Baruen yeni baş nazirlik postuna əsas namizədlərdir. Məqalədə qeyd olunur ki, prezident Emmanuel Makronun məsləhətçilərinin bildirdiyinə əsasən, yeni hökumət rəhbərinin təyinatı 5 dekabr cümə axşamı günü müzakirə oluna bilər.

Xatırladaq ki, Milli Assambleya bundan əvvəl baş nazir Mişel Barnyenin hökumətinə etimadsızlıq qərarını qəbul etmişdi. Bu qərar hökumətin parlamentdə səsvermədən yan keçərək dövlət büdcəsinin sosial hissələrini təsdiq etməsindən sonra verilib. Fransa hökuməti 1962-ci ildən bəri ilk dəfə istefaya göndərilir.

Bununla belə, Makron prezidentlik müddətinin sonuna qədər vəzifədə qalacağını və istefa çağırışlarını “siyasi fantastika” adlandırdığını bildirib. Daha əvvəl Marin Le Pen Makronu prezidentlikdən istefa verməyə çağırmışdı.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər