EvCəmiyyətSabah Azərbaycanda yağış gözlənilir

Sabah Azərbaycanda yağış gözlənilir

Sabah, 7 dekabr tarixində Bakıda və Azərbaycanın bölgələrində qısa müddətli yağışlar müşahidə ediləcək.

Bu barədə Daylinews-az-a Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Bakıda və Abşeron yarımadasında əsasən buludlu hava şəraiti müşahidə olunacaq, bəzi yerlərdə qısa müddətli yağış gözlənilir. Şimal-qərb küləyi günorta saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8°, gündüz isə 8-11° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunu, nisbi rütubət isə 70-80% təşkil edəcək.

Azərbaycanın digər bölgələrində əsasən yağışsız hava müşahidə ediləcək, lakin bəzi şərq rayonlarında gündüz saatlarında yağış yağacağı gözlənilir. Yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 1-6°, gündüz isə 8-13° isti təşkil edəcək. Dağlıq ərazilərdə gecə 6-11° şaxta, gündüz isə 3° şaxtadan 2° istiliyədək dəyişəcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər