EvDünyaSpaceX Şirkətinin Baş Qərargahı Texasda Yerləşəcək

SpaceX Şirkətinin Baş Qərargahı Texasda Yerləşəcək

SpaceX aerokosmik şirkətinin baş qərargahı rəsmi olaraq Texas ştatına köçürüləcək. Burada “Starbase” adlı yeni bir şəhər qurulması planlaşdırılır.

Məlumat Təfərrüatları
Daylinews-az xəbər verir ki, şirkətin qurucusu İlon Mask bu barədə “X” sosial platformasındakı paylaşımında məlumat verib:
“SpaceX-in baş qərargahı artıq rəsmi olaraq Texasın Starbase şəhərində yerləşəcək.”

Bu açıqlama, SpaceX tərəfindən yerli hakimin ünvanına göndərilən bir petisiyanın fonunda gəldi. Petisiyada Starbase kosmodromunun şəhər statusu alması istənilir. Hal-hazırda bu ərazidə yüzlərlə şirkət əməkdaşının yaşadığı bildirilir.

İyul ayında Mask, Kaliforniyadan köçmək qərarını Kaliforniya qubernatoru Qevin Nyusom tərəfindən LGBTQ hüquqlarını qorumağa yönəlmiş qanunun imzalanması ilə əlaqələndirmişdi. Mask, bu qanunu “son damla” adlandırmış və qərarının əsas səbəblərindən biri olduğunu vurğulamışdı.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər