EvDünyaAzərbaycanın 2025-ci il büdcəsində təhsil, səhiyyə və sosial müdafiə üçün vəsaitlər açıqlandı

Azərbaycanın 2025-ci il büdcəsində təhsil, səhiyyə və sosial müdafiə üçün vəsaitlər açıqlandı

Azərbaycanın növbəti il üçün dövlət büdcəsində təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinə ayrılan vəsaitlərin həcmi dəyişib.

Daylinews-az-ın məlumatına görə, Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən:

  • Təhsil üçün 4 milyard 946 milyon 73 min 190 manat,
  • Səhiyyə üçün 1 milyard 999 milyon 438 min 359 manat,
  • Sosial müdafiə və sosial təminat üçün isə 4 milyard 811 milyon 769 min 907 manat vəsait nəzərdə tutulmuşdu.

Üçüncü oxunuşda parlamentə təqdim olunan layihədə bu rəqəmlər aşağıdakı kimi dəyişdirilib:

  • Təhsil üçün 4 milyard 937 milyon 283 min 246 manat,
  • Səhiyyə üçün 1 milyard 993 milyon 578 min 359 manat,
  • Sosial müdafiə və sosial təminat üçün isə 4 milyard 751 milyon 730 min 807 manat vəsait ayrılması planlaşdırılır.
Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər