EvDünyaSuriyada Əsədin qardaşına məxsus villada narkotik istehsalı fabriki aşkarlandı

Suriyada Əsədin qardaşına məxsus villada narkotik istehsalı fabriki aşkarlandı

Daylinews-az-ın beynəlxalq mənbələrə istinadən verdiyi məlumata görə, 8 dekabrda Suriya rejiminin devrilməsindən sonra ölkədə qanunsuz narkotik istehsal edən zavodlar aşkar edilməkdədir. Sonuncu belə müəssisə devrilmiş lider Bəşər Əsədin qardaşı Mahir Əsədə məxsus villada tapılıb.

“Anadolu” agentliyinin çəkdiyi görüntülərdə Dimes ərazisində yerləşən villada onlarla çəllək xammal və narkotik istehsalında istifadə olunan çoxsaylı avadanlıqlar görünür. Mənbələrin məlumatına görə, rejim bir çox mülki vətəndaşların villalarını müsadirə edib və onları qanunsuz narkotik istehsalı məqsədilə istifadə edib.

Agentliyin xəbərində qeyd edilir ki, narkotik ticarəti devrilmiş rejimin əsas gəlir mənbələrindən biri olub və milyardlarla gəlir gətirirdi. Mahir Əsədin başçılıq etdiyi narkotik şəbəkəsi Livanı tranzit nöqtəsi kimi istifadə edərək narkotikləri regionun digər ölkələrinə və beynəlxalq bazarlara çatdırırdı.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər