Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi faktiki qiymətlərlə 12,2 milyard manatı ötüb. Bunun:
- 6,19 milyard manatı heyvandarlıq məhsullarına,
- 6 milyard manatı isə bitkiçilik məhsullarına aiddir.
Daylinews-az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunub.
Keçən ilin eyni dövrü ilə müqayisədə:
- Kənd təsərrüfatı məhsullarının ümumi istehsalı 1% artıb,
- Heyvandarlıq məhsullarında artım 1,4%,
- Bitkiçilik məhsullarında isə 0,6% təşkil edib.





