Dekabrın 29-da Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gün ərzində yağıntılar tədricən kəsiləcək, orta güclü şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətinə istinadən Daylinews-Az xəbər verir ki:
- Temperatur: Gecə 4-6°, gündüz 6-8° isti olacaq.
- Atmosfer təzyiqi: 762 mm-dən 768 mm civə sütununa qədər yüksələcək.
- Rütubət: Gecə və gündüz 70-80%.
Bölgələrdə Hava
- Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Ayrı-ayrı ərazilərdə duman müşahidə olunacaq. Qərb küləyi orta güclü olacaq.
- Temperatur: Gecə 1-6° isti, gündüz 6-11° isti. Dağlarda gecə 2-6° şaxta, gündüz isə -2°-dən 3°-yə qədər dəyişəcək.





