9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvSiyasətAzərbaycan Fransanı COP29-a dəvət edəcək?

Azərbaycan Fransanı COP29-a dəvət edəcək?

Son zamanlar Fransa və ona yaxın qərb dövlətləri Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparırlar. Xüsusilə Fransa Xarici İşlər Nazirliyi Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığına dair əsassız iddialar səsləndirib. Bundan əlavə, Paris ötən ildən etibarən rəsmi şəkildə COP29-un Azərbaycanda keçirilməsinə qarşı çıxır və bu tədbirin ölkəmizdə baş tutmasına mane olmağa çalışır.

Fransa, həmçinin, Cənubi Qafqazda Ermənistanı silahlandırmaqla müharibə riskini artırmağa çalışır və Azərbaycanı beynəlxalq tədbirlərdə çətinliklər yaratmağa məcbur edir. Belə bir vəziyyətdə, rəsmi Bakı Fransanı COP29 tədbirinə dəvət edəcəkmi?

Daylinews-az.com-a bu mövzuda açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Fransa Azərbaycana qarşı aparılan bu qaralama kampaniyasının başında durur. Xüsusilə COP29 tədbiri ilə bağlı ittihamlar ortaya atılır:

“Fransa iddia edir ki, Azərbaycan neft ölkəsi olduğu üçün ətraf mühiti çirkləndirir və buna görə də belə bir beynəlxalq tədbir keçirməməlidir. Halbuki, Fransa özü çoxsaylı neft və qaz layihələrində iştirak edir və bu sahədəki fəaliyyətləri Azərbaycandan dəfələrlə böyükdür. Azərbaycanın BƏƏ ilə yaşıl enerji layihələri həyata keçirdiyini və işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji konsepsiyasına keçid etdiyini nəzərə alsaq, Fransa bu ittihamların əsassız olduğunu anlamalıdır.”

Rzayevin fikrincə, Fransa bu iddialarla Azərbaycanın beynəlxalq arenadakı nüfuzuna zərər vurmaq istəyir. Amma bu ittihamlar COP29-un Azərbaycanda keçirilməsinə mane ola bilməyəcək:

“Fransanın bu addımları Azərbaycan-Fransa münasibətlərinin gərginləşməsinə səbəb ola bilər. Lakin COP29 tədbirinə Fransanı dəvət etməmək doğru olmaz. Azərbaycan öz açıq qapı siyasətini davam etdirməli və Fransanı da bu tədbirə dəvət etməlidir. Hətta Ermənistanın da bu tədbirdə iştirakı müzakirə olunur. Azərbaycan həmişə beynəlxalq tədbirlərdə iştirak üçün açıq olub və bu dəfə də belə olacaq.”

Sonda politoloq qeyd edib ki, Fransa baş verən hadisələrdən nəticə çıxararaq xalqlar və dövlətlər arasında münasibətlərin zərər görməməsinə çalışmalıdır.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər