Keşlə bazarının sökülməsinə sayılı günlər qalıb.
Daylinews-Az xəbər verir ki, bazarın 1 fevral tarixinə qədər tamamilə boşaldılması tələb olunur. Söküntü işləri, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel şəkildə, “Koroğlu” metro stansiyasına qədər uzanan yeni avtomobil yolunun inşası ilə əlaqədardır.
Bazar harada fəaliyyət göstərəcək?
Yeni bazarın yeri artıq məlumdur: Keşlə bazarı Darngülədə yerləşən Eurohome tikinti bazarı ərazisinə köçürüləcək. Hazırda həmin ərazidə bazarın tikinti işləri aparılır.
Bazarda çalışan bir satıcı köçürülmə ilə bağlı narahatlığını ifadə edib:
“Mart bayramlarına qədər vaxt versəydilər, yaxşı olardı. Belə böyük bazar orada necə yerləşəcək?!”
Digər satıcıların sözlərinə görə, bazar bundan sonra Yeni Keşlə Bazarı adlandırılacaq.