Bakının iki rayonunda nəqliyyat sıxlığının və qəza hallarının qarşısını almaq məqsədilə yeni işıqforlar quraşdırılıb.
Daylinews-Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Yeni işıqforlar aşağıdakı yerlərdə quraşdırılıb:
- Sabunçu rayonu: Zabrat – Kürdəxanı şosesi ilə Ruslan Göyüşov küçəsinin kəsişməsi.
- Suraxanı rayonu: Xanlar Ələkbərov küçəsi ilə Yeni Ramana yolunun kəsişməsi.
Görülən işlər nəticəsində bu yollar boyunca nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin edilib və piyadaların təhlükəsizliyi artırılıb.
Bundan əvvəl də xəbər vermişdik ki, Azərbaycanın avtomobil yollarında 4 yerdə elektron tərəzi quraşdırılıb.