EvCəmiyyətBakıda Yeni Park Yaradılır

Bakıda Yeni Park Yaradılır

Bakının Yasamal rayonunda köhnə meşə ərazisi abadlaşdırılaraq yeni park salınır.

Daylinews-Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına görə, Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən 161 qurumuş ağacla bağlı rəy verilib. Ümumi sahəsi 5 hektar olan ərazidə Dövlət Ekoloji Ekspertiza Agentliyinin təşkilatçılığı ilə ictimai dinləmələr keçirilib.

Təbiəti qoruma təşkilatları, dövlət qurumları və media nümayəndələrinin iştirakı ilə keçirilən dinləmələrdə 161 qurumuş ağacın kəsilməsi və əvəzində Bakı Şəhər Yaşıllaşdırma Birliyi tərəfindən iqlimə uyğun 300 ağac tinginin əkilməsi qərara alınıb.

Layihəyə əsasən, ərazidə velosiped yolları, uşaq meydançaları və digər istirahət zonalarını əhatə edən yeni park salınacaq. Ərazidə tikinti işləri nəzərdə tutulmur.

Bundan əvvəl də Azərbaycan Mərkəzi Nəbatat Bağının ərazisinin genişləndirilməsi barədə məlumat vermişdik.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər