EvCəmiyyətBakıda 165 Nömrəli Marşrutda Yeni Avtobuslar İstismara Veriləcək

Bakıda 165 Nömrəli Marşrutda Yeni Avtobuslar İstismara Veriləcək

Bakıda Binəqədi qəsəbəsində yerləşən Gənclik şəhərciyini “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” metro stansiyaları və Abbas Mirzə Şərifzadə küçəsi ilə birləşdirən 165 nömrəli marşrutda yeniliklər tətbiq olunacaq.

Daylinews-Az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 16 yanvar tarixindən etibarən bu marşruta King Long markalı, sıxılmış təbii qaz (CNG) ilə işləyən 20 yeni müasir avtobusun buraxılacağını bildirib.

Yeni avtobuslar, marşrut üzrə hərəkət intervalını 7-8 dəqiqəyə qədər azaldacaq və sərnişinlərin gedişini daha rahat və sürətli edəcək. Ödəniş yalnız nağdsız formada həyata keçiriləcək.

AYNA-dan verilən məlumata görə, paytaxtın ictimai nəqliyyat sistemində sərnişin xidmətinin keyfiyyətini artırmaq məqsədilə avtobus parkının yenilənməsi mərhələli şəkildə davam etdiriləcək.

Bu yaxınlarda Azərbaycanda elektrobusların istehsalının və idxalının genişlənməsindən də yazmışdıq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər