7 C
Baku
Bazar, Yanvar 19, 2025
EvCəmiyyətAzərbaycanda Telefonlardan İstifadəyə Qadağa Tətbiq Edilən Məktəblərin Sayı Artır

Azərbaycanda Telefonlardan İstifadəyə Qadağa Tətbiq Edilən Məktəblərin Sayı Artır

Ölkənin 300-dən çox ümumtəhsil müəssisəsində şagirdlərin mobil telefonlardan və digər ağıllı qurğulardan istifadə etməsi qadağan edilib. Bu qayda yalnız xüsusi hallarda istisna olunur.

Daylinews-Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zənfira Sevdimalı məlumat verib.

Onun sözlərinə görə, bu davranış qaydaları yaxın gələcəkdə daha çox məktəbdə tətbiq olunacaq:
“Xüsusi hallar istisna olmaqla, ümumtəhsil müəssisələrində dərs zamanı smartfonlardan, ağıllı saatlardan və digər elektron qurğulardan istifadə tövsiyə olunmur. Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi aidiyyəti qurumlarla birgə məktəblərdə mütəmadi monitorinqlər, yoxlamalar keçirir və profilaktik-maarifləndirici tədbirlər təşkil edir.”

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər