10 C
Baku
Şənbə, Yanvar 18, 2025
EvŞou biznesManaf Ağayev Çimnaz Sultanovanın Dəfnindəki Sözlərinə Aydınlıq Gətirdi

Manaf Ağayev Çimnaz Sultanovanın Dəfnindəki Sözlərinə Aydınlıq Gətirdi

Müğənni Manaf Ağayevin aktrisa Çimnaz Sultanovanın dəfn mərasimində jurnalistlərə söylədiyi, “Mənə onun öldüyünü bildirməmişdi” ifadəsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu.

Daylinews-Aza açıqlama verən Manaf Ağayev həmin an çox həyəcanlı olduğunu və əslində başqa bir şeyi nəzərdə tutduğunu bildirib.

“Mən demək istədim ki, Çimnaz heç vaxt ölüm haqqında düşünmürdü və sağlamlığının yaxşı olduğunu deyirdi. Bəzi insanlar vəziyyətlərinin ağırlaşdığını hiss edəndə kədərlənir, göz yaşı tökür və yaxınlarına vəziyyətlərinin pisləşdiyini bildirirlər. Amma Çimnaz həmişə hər şeyin qaydasında olduğunu deyirdi,” – deyə müğənni açıqlama verib.

Xatırladaq ki, 45 yaşlı aktrisa Çimnaz Sultanova 15 yanvar tarixində bağırsaq xərçəngindən dünyasını dəyişib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər