23 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvCəmiyyətSentyabrın 13-də hava durumu: Az yağış yağacaq, şimşək çaxacaq

Sentyabrın 13-də hava durumu: Az yağış yağacaq, şimşək çaxacaq

Ölkə ərazisində sentyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Daylinews-az.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağması və şimşək çaxması ehtimalı var.

Şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz isə 28-31° arasında dəyişəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu səviyyəsində olacaq, nisbi rütubət isə gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.

Azərbaycanın digər rayonlarında isə hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağması və şimşək çaxması gözlənilir. Ayrı-ayrı bölgələrdə qısamüddətli leysan xarakterli yağış və dolu düşməsi ehtimalı da var. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Şərq küləyi isə arabir güclənəcək.

Havanın temperaturu Azərbaycanın düzənlik bölgələrində gecə 18-23° isti, gündüz isə 30-34° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 9-14° isti, gündüz saatlarında isə 14-18° isti olacağı gözlənilir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər