EvDünyaVaşinqton səmasında toqquşma: Heç kim sağ qalmadı

Vaşinqton səmasında toqquşma: Heç kim sağ qalmadı

ABŞ rəsmiləri Vaşinqton üzərində baş verən təyyarə qəzasında heç kimin sağ qalmadığını təsdiqləyib.

Daylinews-az xəbər verir ki, hadisə zamanı 64 nəfər sərnişin daşıyan mülki təyyarə hərbi Black Hawk vertolyotu ilə toqquşub. Vertolyotun təlim uçuşu həyata keçirdiyi bildirilir.

Fövqəladə hallar xidməti hadisə yerində artıq 30-dan çox cəsədin aşkar edildiyini, Potomak çayından isə 18 nəfərin qalıqlarının çıxarıldığını açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp baş verənlərə sərt reaksiya verərək, hər iki hava vasitəsinin əvvəlcədən planlaşdırılmış marşrutla hərəkət etdiyini vurğulayıb və qəzanın təhlükəsizlik tədbirləri görülsəydi, qarşısı alına biləcəyini qeyd edib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər