Qırğızıstan yeni ekoloji təmiz şəhər – Kemin-Siti layihəsini həyata keçirməyi planlaşdırır.
Bu barədə ölkə prezidenti Sadır Japarovun fərmanında məlumat verilib.
Şəhər Çuy vilayətinin Kemin rayonu, Kiçi-Kemin kənd ərazisində, 353 hektardan böyük bir sahədə inşa ediləcək. Qırğızıstan hökumətinə 1 iyun 2025-ci ilədək layihənin konsepsiyasını hazırlamaq və təsdiqləmək tapşırılıb.
Bundan əlavə, bu tarixə qədər hökumət investorlarla danışıqlar aparmalı və layihənin icrasına dair razılaşma imzalamalıdır.





