Bakıda ətin qiyməti 3-4 manat aşağı düşüb.
Daylinews-Az-ın məlumatına görə, əvvəllər 1 kiloqram mal əti 15-16 manata satılırdısa, indi bəzi yerlərdə 12 manata almaq mümkündür. Qoyun ətinin qiyməti isə 19-21 manatdan 17-18 manata enib.
Satıcıların sözlərinə görə, qiymətlərin düşməsinə əsas səbəb bazardakı təklifin artmasıdır. Bunun əsas səbəbi isə ölkəyə gətirilən diri heyvanların idxalının artması ilə bağlıdır.





