ABŞ Konqresinin Nümayəndələr Palatasının Texas ştatından olan üzvü, demokrat Qreq Kasar, İlon Maskın hökumət strukturlarındakı vəzifəsindən azad edilməsini tələb edib. Mask hazırda ABŞ Prezidenti Donald Tramp administrasiyasında Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini icra edir.
Daylinews-Az xəbər verir ki, Kasar bu barədə X sosial şəbəkəsində paylaşım edib:
“İlon Mask işdən çıxarılmalıdır. Biz bu məqsədə çatana qədər bütün qanunvericilik, məhkəmə və ictimai təzyiq vasitələrindən istifadə etməliyik,” – deyə konqresmen yazıb.
Qeyd edək ki, DOGE departamentinin rəhbəri kimi Maskı Prezident Tramp təyin edib. Ağ Evin bəyanatına görə, yeni qurum dövlət idarəçiliyi sahəsində tövsiyələr və xarici məsləhətlər vermək məqsədilə yaradılıb.





