EvSiyasətABŞ Konqresində İlon Maskın işdən çıxarılması tələb olundu

ABŞ Konqresində İlon Maskın işdən çıxarılması tələb olundu

ABŞ Konqresinin Nümayəndələr Palatasının Texas ştatından olan üzvü, demokrat Qreq Kasar, İlon Maskın hökumət strukturlarındakı vəzifəsindən azad edilməsini tələb edib. Mask hazırda ABŞ Prezidenti Donald Tramp administrasiyasında Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini icra edir.

Daylinews-Az xəbər verir ki, Kasar bu barədə X sosial şəbəkəsində paylaşım edib:

“İlon Mask işdən çıxarılmalıdır. Biz bu məqsədə çatana qədər bütün qanunvericilik, məhkəmə və ictimai təzyiq vasitələrindən istifadə etməliyik,” – deyə konqresmen yazıb.

Qeyd edək ki, DOGE departamentinin rəhbəri kimi Maskı Prezident Tramp təyin edib. Ağ Evin bəyanatına görə, yeni qurum dövlət idarəçiliyi sahəsində tövsiyələr və xarici məsləhətlər vermək məqsədilə yaradılıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər