ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşları dünyanın müxtəlif ölkələrində 8 fevral tarixində inzibati məzuniyyətə göndəriləcək.
Daylinews-Az xəbər verir ki, bu qərar agentliyin rəsmi açıqlamasında yer alıb.
ABŞ prezidenti Donald Tramp USAID-i “radikal dəlilər tərəfindən idarə olunan” qurum adlandırıb və agentliyin bağlanması üçün Ağ Evin aktiv iş apardığını bildirib. Bundan sonra USAID-in Vaşinqtondakı baş qərargahı bağlanıb.
Daha sonra Ağ Ev USAID-in mübahisəli xərclərinin siyahısını açıqlayıb. Hakimiyyət orqanları qeyd edib ki, USAID illərdir amerikalı vergi ödəyicilərinin vəsaitlərini şübhə doğuran layihələrə yönləndirib.





