EvCəmiyyətBəzi metro stansiyalarına yeni adlar veriləcək

Bəzi metro stansiyalarına yeni adlar veriləcək

Azərbaycanda 2025-ci ilin Konstitusiya və Suverenlik İli elan edilməsi ilə əlaqədar olaraq metro stansiyalarına, küçə və prospektlərə yeni adlar veriləcək.

Daylinews-Az xəbər verir ki, bu barədə 2025-ci ilin Konstitusiya və Suverenlik İli ilə bağlı hazırlanan tədbirlər planında qeyd olunub. Eyni zamanda, Bakı və digər iri şəhərlərdəki prospektlər, küçələr, meydanlar və müəyyən inzibati ərazilər də yeni adlarla əvəz olunacaq.

Bu məqsədlə Prezident Administrasiyası, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, yerli icra hakimiyyətləri, Prezidentin xüsusi nümayəndəlikləri, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi və Milli Məclisə müvafiq addımların atılması tövsiyə edilib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər