Məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldu, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində çıxış edir. O, 17 fevralda Tehranda baş tutacaq “Perspolis”lə oyuna qatılmayacağını açıqlayıb. Qarşılaşma “Azadi” stadionunda keçirilməli idi, lakin dünya futbolunun əfsanəsi İrana səfər etməkdən imtina edib.
Daylinews-Az xəbər verir ki, bu məlumatı “Azad İran” Telegram kanalı yayıb. Ronaldunun bu qərarının səbəbləri hələ rəsmi şəkildə açıqlanmayıb.





