EvCəmiyyətFevralda 91 nəfər zəhərlənib, 5-i həyatını itirib

Fevralda 91 nəfər zəhərlənib, 5-i həyatını itirib

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müxtəlif zəhərlənmə səbəbləri ilə 91 nəfər müraciət edib.

daylinews-az.com xəbər verir ki, KTM-in yaydığı məlumatda qəbul edilən xəstələrin zəhərlənmə səbəbləri belə qeyd olunub:

  • 36 nəfər dərman zəhərlənməsi,
  • 22 nəfər sirkə turşusundan zəhərlənmə,
  • 9 nəfər spirtli içkilərdən zəhərlənmə,
  • 3 nəfər botulizmdən zəhərlənmə,
  • 11 nəfər dəm qazından zəhərlənmə,
  • 4 nəfər fosfor üzvi birləşmələrdən zəhərlənmə,
  • 4 nəfər allergik reaksiyalar,
  • 2 nəfər yandırıcı məhluldan zəhərlənmə.

Bütün tibbi yardımlara baxmayaraq, zəhərlənən şəxslərdən 5 nəfər (4 kişi, 1 qadın) dünyasını dəyişib. Ölüm halları əsasən sirkə turşusudərman zəhərlənmələri nəticəsində baş verib.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər