EvDünyaTramp Meksika, Kanada və Çindən idxal edilən mallara rüsum tətbiq edəcək

Tramp Meksika, Kanada və Çindən idxal edilən mallara rüsum tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp martın 4-dən etibarən Meksika, Kanada və Çindən gətirilən mallara yeni gömrük rüsumları tətbiq edəcək.

daylinews-az.com xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, Meksika və Kanadadan idxal edilən mallara 25 %, Çindən gətirilən məhsullara isə 10 % əlavə rüsum tətbiq olunacaq.

Tramp qərarını “Meksika və Kanadadan narkotik vasitələrin böyük miqdarda daxil olması” ilə əsaslandırıb. Prezidentin iddiasına görə, bu narkotiklərin əsas istehsalçısı və tədarükçüsü Çindir:

“Bu narkotiklərin böyük hissəsi Çin tərəfindən istehsal olunur və tədarük edilir” – Tramp qeyd edib.

Qeyd edək ki, Tramp artıq fevralın əvvəlində bu qərarla bağlı fərman imzalamışdı.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər