EvİdmanGünay Qurbanova Avropa çempionatında qızıl medal qazandı

Günay Qurbanova Avropa çempionatında qızıl medal qazandı

Azərbaycanlı güləşçi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal əldə edib.

Azərbaycan Güləş Federasiyasının məlumatına görə, idmançımız final qarşılaşmasında İtaliya təmsilçisi Aurora Russo ilə üz-üzə gəlib. Daha əvvəl U-20 Avropa və dünya çempionu olmuş rəqibinə qarşı inamlı çıxış edən Qurbanova 4:0 hesabı ilə qələbə qazanıb.

Beləliklə, cəmi 17 yaşlı Günay Qurbanova qitə birinciliyində çempionluq tituluna sahib olub.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər