Məşhur yazıçı Joan Roulinq “Harry Potter” film seriyasında əsas rolları canlandıran aktyorlar – Daniel Redkliff, Emma Uotson və Rupert Qrinti sosial şəbəkələrdə sərt tənqid atəşinə tutub.
Daylinews-Az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb. Roulinq sosial mediada ona ünvanlanan bir suala cavab olaraq bu aktyorların filmlərdəki çıxışlarının artıq ona mənfi təsir etdiyini bildirib. Onun cavabı belə olub: “Üç dəfə təxmin etməyə ehtiyac yoxdur. Bağışlayın, bu çox cəlbedici idi!”
Nəşrin iddiasına görə, yazıçının bu sözləri ilə “Harry Potter” filmlərinin baş qəhrəmanlarını canlandıran məşhur aktyorlara işarə etdiyi ehtimal olunur.
Roulinq ilə aktyorlar arasında münasibətlər 2020-ci ildən bəri gərginləşmişdi. Yazıçı həmin il cəmiyyətin gender məsələlərinə yanaşmasını tənqid etmiş və transidentliyi “qadınlara qarşı nifrəti təşviq edən və geriyə addım” kimi qiymətləndirmişdi. Bu açıqlamadan sonra Redkliff, Uotson və Qrint açıq şəkildə trans şəxslərin hüquqlarını müdafiə edərək Roulinqin fikirlərinə qarşı çıxmışdılar.





