EvSiyasətMuxtar Babayev: İçməli su problemi COP29-un əsas mövzularından biri olacaq

Muxtar Babayev: İçməli su problemi COP29-un əsas mövzularından biri olacaq

COP29 – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının əsas mövzuları maliyyə məsələləri ilə bağlı olacaq.

Bu barədə COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Real TV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, sessiyanın gündəliyində həmçinin karbon bazarını tənzimləyən maddələrin razılaşdırılması məsələsi müzakirə olunacaq: “Bu məsələ Paris Sazişinin 6-cı bəndində öz əksini tapıb. Bir sıra istiqamətlərdə irəliləyişlər əldə edilib, lakin müzakirələr davam edir.”

M.Babayev vurğulayıb ki, ən ciddi müzakirələr COP29-un son günlərində baş tutacaq.

Nazir əlavə edib ki, COP29-da Zərər və itkilər fondu, həmçinin içməli su problemi və buzlaqların əriməsi kimi digər vacib məsələlər də müzakirə olunacaq: “Qlobal istiləşmə bu prosesləri daha da sürətləndirəcək və ölkələr uyğunlaşmaq üçün lazımi tədbirlər görməlidirlər. Suyun səmərəli istifadəsi bütün ölkələr üçün ciddi bir məsələdir.”

Əlaqəli Məqalələr

Populyar Xəbərlər