Latviyanın paytaxtı Riqada “Kreml sehrbazı” adlı yeni bədii filmin çəkilişləri davam edir. Bu layihədə Rusiya prezidenti Vladimir Putinin obrazını məşhur Hollivud aktyoru Cud Lou canlandırır.
Daylinews-az.com saytının məlumatına görə, sosial şəbəkələrdə filmin çəkiliş meydanından ilk görüntülər yayılıb. Kadrlarda Cud Lou prezident obrazına uyğun vizajla görüntülənib.
Filmin ssenarisi yazıçı Culiano da Empolinin eyni adlı romanına əsaslanır. Hadisələr 1990-cı illərdə cərəyan edir və süjetin mərkəzində – siyasi texnoloq Vadim Baranovun gələcək Rusiya prezidentinin müşavirinə çevrilməsi dayanır.
Bu film siyasət və güc münasibətlərini bədii prizmadan təhlil edərək tamaşaçını həmin dövrün dramatik reallıqlarına aparır.






