Evİdman"Barselona" Messi-ni yenidən komandaya qaytarmaq istəyir

“Barselona” Messi-ni yenidən komandaya qaytarmaq istəyir

“Barselona” hələ də klubun əfsanəvi futbolçusu Lionel Messi ilə yollarını bir daha birləşdirmək fikrindən əl çəkməyib. Klub rəhbərliyi argentinalı hücumçunun karyerasını məhz yenilənmiş “Kamp Nou” stadionunda bitirməsini istəyir.

Teamtalk-ın məlumatına görə, katalon klubu 37 yaşlı futbolçu ilə 2026-cı il dünya çempionatından dərhal sonra müqavilə imzalamağı planlaşdırır. Planlara əsasən, Messi Barselonaya dönəcək və burada karyerasını başa vuracaq.

Hələ 25 fevralda jurnalist Aleks Kandal, Messi-nin “Barselona”ya qayıtmaq niyyətində olduğunu açıqlamışdı. Xatırladaq ki, məhz o, ilk dəfə argentinalı oyunçunun PSJ-dən “İnter Mayami”yə keçidi barədə xəbər vermişdi.

Messi “Barselona” klubunun yetirməsidir. O, əsas komandada 2003–2021-ci illərdə çıxış edib və bu müddət ərzində 835 oyunda 709 qol vurub. Messi “Barselona” ilə 4 dəfə Çempionlar Liqasını, 8 dəfə “Qızıl top”u, Argentina yığması ilə 2022-ci il dünya çempionluğunu, 2 dəfə Amerika Kubokunu qazanıb.

2021-ci ildə PSJ-yə keçən Messi, 2023-cü ilin yayında karyerasını ABŞ-ın MLS liqasında çıxış edən “İnter Mayami” klubunda davam etdirməyə başlamışdı.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər