24 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvİqtisadiyyatTacikistan nümayəndə heyəti ilə görüş keçirilib: iqtisadi əlaqələr genişlənir

Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib: iqtisadi əlaqələr genişlənir

Tacikistanla iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub.

“Daylinews-az.com”nın məlumatına görə, İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Tacikistan Respublikası Hökuməti yanında İxrac Agentliyinin direktorunun birinci müavini Baxtiyor Nazirmadzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın ümumi iqtisadi vəziyyəti, Agentliyin fəaliyyəti, ixracın təşviqi mexanizmləri və təsdiqlənməsi gözlənilən logistik subsidiyalaşma proqramı haqqında məlumat verib. O, həmçinin vurğulayıb ki, Tacikistana və qonşu ölkələrə Tacikistandan tranzit yolu ilə ixracın geniş potensialı mövcuddur və bu sahədə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Baxtiyor Nazirmadzoda isə Tacikistanın İxrac Agentliyinin fəaliyyət istiqamətləri, ölkəsinin ticarət dövriyyəsi və tranzit-logistika potensialı barədə məlumat verərək, Azərbaycanın Tacikistanla ticarət əlaqələrinin genişləndirilməsinin Tacikistan üçün ikitərəfli ticarət münasibətlərinin diversifikasiyasına mühüm təsir edəcəyini qeyd edib.

Görüş zamanı ölkələrin strateji coğrafi mövqeyi nəzərə alınaraq, ticarət və logistika sahələrində əməkdaşlığın gücləndirilməsi perspektivləri yüksək qiymətləndirilib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər