EvİdmanKriştiano Ronaldu yayda “Real Madrid”ə qayıda bilər

Kriştiano Ronaldu yayda “Real Madrid”ə qayıda bilər

Portuqaliyalı futbol əfsanəsi Kriştiano Ronaldu 2025-ci ilin yayında qısamüddətli müqavilə ilə yenidən “Real Madrid”in formasını geyinə bilər. Bu barədə Sky Sports xəbər yayıb.

Mənbənin məlumatına görə, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda çıxış edən 40 yaşlı hücumçu FİFA-nın yenilənmiş formatda keçirəcəyi Klublararası Dünya Çempionatında iştirak etməyə ümid edir. Lakin “Əl-Nasr” bu turnirə vəsiqə qazana bilmədiyi üçün Ronaldu turnirdə çıxış edə biləcək bir klub axtarır.

FİFA-nın yayda açacağı iki transfer pəncərəsi bu prosesi asanlaşdıracaq: 1–10 iyun tarixləri arasında ilk, iyunun ortalarında isə ənənəvi transfer dövrü nəzərdə tutulur. Bu da turnirə qatılacaq klubların heyətini gücləndirməsinə imkan yaradacaq. Turnir 15 iyunda başlayır.

Bu çərçivədə, “Real Madrid” Ronaldu ilə yalnız bu turnir üçün qısamüddətli müqavilə imzalaya bilər. Veteran hücumçuyla “İnter” (Milan) və “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) da maraqlanır. Əgər transfer baş tutarsa, Ronaldu KÇM-2025-də əzəli rəqibi Lionel Messi ilə üz-üzə gələ bilər – Messi hazırda ABŞ-ın “İnter Mayami” klubunda çıxış edir.

Cari mövsümdə Ronaldu “Əl-Nasr”ın heyətində 33 oyuna çıxaraq 28 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 30 iyunda başa çatır. Xatırladaq ki, Ronaldu 2009–2018-ci illərdə “Real Madrid”də oynamış və bu müddətdə klubla 2 La Liqa, 4 UEFA Çempionlar Liqası və bir çox digər kuboklar qazanmışdır. O, həm də beşqat “Qızıl top” sahibidir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər