2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda rəsmi şəkildə qeydə alınan nikah və boşanma göstəriciləri məlum olub. Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri bu dövrdə ümumilikdə 7 741 nikah və 3 414 boşanma hadisəsini rəsmiləşdirib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə nikah sayında artım müşahidə olunub. Belə ki, hər 1 000 nəfərə düşən nikahların sayı 4-dən 4,7-yə yüksəlib. Boşanma göstəricisi isə sabit qalaraq 2,1 səviyyəsində qalıb.
Bu statistika ailə institutunun vəziyyəti və cəmiyyətin sosial dinamikasını izləmək baxımından mühüm göstəricilərdən biri hesab olunur.





