Azərbaycan Prezidenti İlham Əliyevin Çinə rəsmi səfəri çərçivəsində iki ölkə arasında qarşılıqlı vizasız rejim haqqında sazişin imzalanması planlaşdırılır.
Bu barədə məlumat Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının 10-cu iclasında səsləndirilib. Bildirilib ki, sənədin qüvvəyə minməsi ölkələr arasında qarşılıqlı səfərlərin sayını artıracaq, eləcə də ticarət, turizm və mədəni əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək.





