1 may 2025-ci il tarixindən etibarən Azərbaycanda bütün su hövzələrində balıqların çoxalma dövrü ilə əlaqədar olaraq balıq ovuna moratorium tətbiq olunacaq və bu, 1 sentyabr tarixinə qədər davam edəcək.
Moratorium haqqında məlumat
Daylinews-Az.com xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəhbəri Xalıq Mirzoyev moratorium haqqında məlumat verib. O, balıqçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri müəyyən edilmiş qaydalara ciddi riayət etməyə çağırıb və qadağan olunmuş vaxtlarda balıq tutmamağı, yalnız icazə verilmiş üsullardan istifadə etməyi tövsiyə edib.





