EvİdmanAygün Kəzımova və Aleyna Tilki Bakıdakı Dünya Mini-Futbol Çempionatı açılışında çıxış edəcək...

Aygün Kəzımova və Aleyna Tilki Bakıdakı Dünya Mini-Futbol Çempionatı açılışında çıxış edəcək – Biletlər satışda

Bakıda keçiriləcək Dünya Mini-Futbol Çempionatının biletləri satışa çıxıb.

Daylinews-az.com xəbər verir ki, bu barədə Azərbaycan Mini-Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Azarkeşlər, iticket.az saytında və şəhər üzrə kassalardan çempionata aid biletləri əldə edə bilərlər. Bir günlük biletlərin qiyməti 10 ilə 50 manat arasında dəyişir. Bileti alan azarkeşlər, həmin gündə keçiriləcək bütün oyunları izləyə biləcəklər. Oyunlar Milli Gimnastika Arenasında baş tutacaq.

Açılış mərasimi və məşhurların çıxışı

2025-ci il Dünya Mini-Futbol Çempionatının rəsmi açılış mərasimi 21 mayda keçiriləcək. Tədbirdə lazer və mapping şouları təşkil olunacaq. Açılış mərasimində tanınmış müğənnilər xalq artisti Aygün Kəzımova və Türkiyənin məşhur müğənnisi Aleyna Tilki çıxış edəcək. Qeyd edək ki, açılış mərasimi 21:00-da başlayacaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər