23 C
Baku
Cümə, Sentyabr 27, 2024
Evİdman"Qarabağ" - "Malmö" matçının biletlərinin satış tarixi açıqlandı

“Qarabağ” – “Malmö” matçının biletlərinin satış tarixi açıqlandı

UEFA Avropa Liqasının II turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) oyununun biletləri bu gün saat 12:00-da satışa çıxarılacaq.

Ağdam klubunun verdiyi məlumata görə, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və biletlərin qiymətləri sektordan asılı olaraq 5, 20, 30, 40, 75 və 150 manat arasında dəyişir.

VVIP C və VVIP D sektorlarında yerlər üçün biletin qiyməti 300 manat təşkil edir.

Biletləri iTicket.az vasitəsilə onlayn, həmçinin “Park Bulvar” ticarət mərkəzində yerləşən “Qarabağ” FK-nın fan-şopunda və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında əldə etmək mümkündür.

Qeyd edək ki, “Qarabağ” və “Malmö” arasındakı matç 3 oktyabr tarixində Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər